Məqalələr

İş yerlərinin attestasiyası niyə vacibdir ?

İş Yerlərinin Attestasiyasının keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələbdir. Mülkiyyət və təşkilati-hüquqi formasından və fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlar bu qiymətləndirməni həyata keçirilməlidir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin və Azərbaycan Respublikası (AR) Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli 38 saylı Qərarına əsasən əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Müəssisələrdə iş yerlərinin attestasiyası əməyin mühafizəsi tədbirlərinin təmin olunması, istehsal sanitariyası və gigiyenası vəziyyətinin müəyyən edilməsi və yaxşılaşdırılması, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə həyata keçirilir.

İş yerlərinin Attestasiyası hər 5 ildən bir aparılmalıdır.

Bu attestasiyanın məqsədi nədir ?

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi;
  • İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi
Image