Müasir biznes dünyasında təşkilatların etibarlı tərəfdaş kimi tanınması və göstərdikləri xidmət keyfiyyətini sübut etməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də bugünkü gündə onların aşağıdakı əsas tələblərə cavab verməkləri vacibdir:
- Müvafiq fəaliyyət üzrə lisenziyanın alınması– Təşkilatın qanuni əsaslarla fəaliyyət göstərdiyini təsdiqləyir və onun rəqabət mühitində açıq şəkildə iştirakını təmin edir.
- Beynəlxalq ISO və dövlət AZS ISO üzrə sertifikatlaşdırma– Keyfiyyətə verilən önəmi və təqdim olunan xidmətlərin müvafiq standartlara uyğunluğunu nümayiş etdirir.
- Müəssisənin akkreditasiyası– müvafiq sahə üzrə səriştəliyin təsdiqi, texniki bacarıqların rəsmi şəkildə tanınması baxımından olduqca önəmlidir.
Bu mərhələlərin hər biri təşkilatın peşəkarlığını, etibarlılığını və uzunmüddətli əməkdaşlığa hazırlığını göstərir.
