Konsultasiya
Hörmətli ziyarətçi,
yerli AZS İSO standartların effektiv tətbiqi üçün sizə hərtərəfli dəstəyimizi göstərməyə hazırıq.
kömək olacaqlar. Sözügedən bəzi standartlar haqqında qısa məlumat vermək istəyərdik :
- ISO 9001:2015 Keyfiyyətin İdarə edilməsi üzrə sistem.
- AZS ISO 17020:2021 İnspeksiya orqanları
- AZS İSO/IEC 17025:2020 Sınaq və kalibrləmə laboratoriyaları
- ISO 14001:2015 Ətraf mühitin idarə etmə sistemi
- ISO 45001:2018 Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarə edilməsi sistemi
- ISO 22000:2018 Qida təhlükəsizliyin idarə edilməsi sistemi
- ISO 27001:2013 İnformasiya Təhlükəsizliyi idarə edilməsi sistemi
- ISO 50001: 2018 Enerji idarə etmə sistemi
- ISO 10002 Müştəri məmnuniyyətinin idarə edilməsi sistemi
Bu standart dünyanın ən çox tanınan və tətbiq edilən İSO standartıdır. Keyfiyyətli, təşkilati, sistemli və davamlı quruluşa sahibdir. Yerli və xarici bazarda şirkətin şəffaf və güvənli olması çox vaxt bu idarə etmə sisteminin tətbiqi ilə müəyyənləşdirilir.
AZS ISO 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” dövlət standartı inspeksiyaları həyata keçirən orqanların səriştəsinə, inspeksiya üzrə fəaliyyətinin qərəzsizlik və ardıcıllığına dair tələblər müəyyənləşdirilir.
Bu standart sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə, onların effektiv şəkildə fəaliyyətlərini həyata keçirmələri və etibarlı nəticələr göstərmələrinə dair tələbləri özündə ehtiva edən milliləşdirilmiş beynəlxalq standartdır.
ISO 14001 - Ətraf mühitin idarə olunması sistemi şirkətlərin ətraf mühitlə qarşılıqlı əlaqələrini tənzimləyən bir sistemidir. Tullantıların düzgün utilizasiyası vasitəsi ilə ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, müəssisələrin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq ISO 14001-in əsas məqsədidir.
ISO 45001 Standartı dünyada ilk beynəlxalq Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Standartının mahiyyəti müəssisədə işçiləri və digər insanlar üçün etibarlı və sağlam, təhlükəsiz bir iş mühiti təmin etmək, qəza risklərini azaltmaq, bədbəxt hadisələrin, işlə əlaqədar qəzaların qarşısını almaq və Peşə Sağlamlığı və Təhlükəsizliyi (OH&S) performansını davamlı inkişaf etdirməkdir.
ISO 22000 - İSO-nun qida təhlükəsizliyi üzrə standartıdır. Qısa mənası - təhlükəsiz qida istehsalatını təmin etmək üçün bir sistem. Əsas məqsədi - istehlakçını sağlam və təhlükəsiz şəkildə istehsal olunmuş qida məhsulları ilə təmin etmək və keyfiyyətli istehsalatı daim təkmilləşdirməkdir. ISO 22000 sistemi, HACCP sisteminin prinsiplərini və həyata keçirmə addımlarını tamamlayır.
Bu standart informasiyanın (datanın), informasiya resurslarının və texnologiya rollarının artması ilə əlaqədar informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.
Burada informasiya təhlükəsizliyinin təmin olunması üçün kompleks yanaşma tələb olunur.
İnformasiya təhlükəsizliyi idarə ediməsi sisteminin əsas məqsədi – datanın həyat tsikli proseslərində (yaradılmasında, daşıyıcıya yazılmasında, toplanıb saxlanılmasında, emal olunmasında və s.) onun tamlığına, əlçatanlığa və konfidensiallıq xassələrinin tarazlaşdırılmış şəkildə təmin edilməsidir.
ISO/IEC 27001:2013 standartı nə üçün lazımdır?
ISO/IEC 27001:2013 standartı müəssisələrdə informasiya ilə bağlı təhlükəsizlik hadisələrinin baş vermə hallarının qarşısının alınması və ya azaldılması, baş verən təhlükəsizlik hadisələrinin və onların subyektlərinin müəyyən edilməsi, təhlükəsizliklə bağlı məsələlərə vaxtında cavab reaksiyasının verilməsi, o cümlədən onların təsirinin azaldılması və təhlükəsizlik rejiminin bərpasına nail olmaq üçün lazımdır.
ISO 50001 Enerji İdarə etmə sistemi niyə vacibdir?
Yaxşı qurulmuş və düzgün idarə olunan ISO 50001 Enerji İdarəetmə Sistemi, bütün iş əməliyyatları zamanı enerjidən istifadə yanaşmasının düzgün şəkildə nəzərə alınmasını təmin edir. Bu məqsədlə Beynəlxalq Standartlar Təşkilatı (İSO), 2011-də ISO 50001 Enerji İdarəetmə Sistemi standartını hazırladı və nəşr etdi. Bu standart, müəssisələrin ümumilikdə enerji idarəetmə sistemininin qurulması və işləməsi üçün əsas verir.
Bu gün istifadə olunan enerji ehtiyatları əsasən bərpa olunmayan ehtiyatlardır və getdikcə azalmaqdadırlar. Digər tərəfdən enerji xərcləri artır. Enerji istehlakının azaldılması yalnız xərcləri azaltmaq demək deyil, həm də təbii mühitin qorunmasına xidmət edir.
İSO 50001 Enerji İdarəetmə Sistemi, digər İSO idarəetmə sistemləri kimi, planlaşdırma, həyata keçirmə, nəzarət və fəaliyyət dövrünə əsaslanır. Daha əhəmiyyətlisi isə digər mövcud idarəetmə sistemləri ilə asanlıqla inteqrasiya oluna bilər. Enerji mənbələrindən səmərəli istifadə və enerji qənaəti bu gün çox vacibdir ki, özəl və dövlət sektorda olan müəssisələrin həyata keçirdiyi layihələrə dəstək verir.ISO 10002 sistemi şəffaf bir mexanizm olaraq, müştərilərə açıq, təsirli və istifadəsi asan olan keyfiyyətli əks əlaqə prosesini təmin edən bir sistemidir. Bu standart müştəri yönümlü mühiti yaradır, ola biləcək narazıçılıqları həll etmək, müştərilərə göstərilən xidməti yaxşılaşdırmaq üçün keyfiyyəti artırmağa dəstək olur və, nəticədə, müştəri məmnuniyyətini yüksəldir.
Tədqiqatlara görə, müəssisələrin yeni bir müştəri əldə etməsi üçün edəcəyi xərclərin miqdarı, mövcud müştərini qorumaq üçün xərclərdən dörd qat daha çoxdur. Ardıcıl olaraq müştərilərini itirən müəssisələr isə daha böyük ziyan çəkir.
Düzgün müştəri məmnuniyyəti sistemi, müştərilərin tələb və gözləntilərini idarə edərək, müəssisənin imicinin və markasının qorunmasını təmin edir. Bu baxımdan, şirkətdə “ISO 10002 Müştəri Məmnuniyyəti idarə etmə sistemi”nin tətbiqi uğurlu müəssisələr üçün ən vacib tələblərdən biridir.