"TQM Azerbaijan" MMC və “Ekol Mühəndislik Xidmətləri” QSC 2026 cı il, aprel ayının əvvəlində müəssisənin nəzdində fəaliyyət göstərən sınaq laboratoriyası üçün nəzərdə tutulmuş PT testlərinin təşkili ilə bağlı əməkdaşlığa başlamışdır.
* PT (Proficiency Testing) testləri sınaq laboratoriyalarının nəticələrinin düzgünlüyünü və etibarlılığını yoxlamaq üçün istifadə olunur. Bu prosesdə laboratoriyalar eyni nümunələri test edərək nəticələrini ortaya qoyurlar. Məqsəd sınaq nəticəsinin dəqiqliyini qiymətləndirmək və mümkün uyğunsuzluqları aşkar etməkdir. "PT" testləri laboratoriyanın keyfiyyət idarəetmə sisteminin vacib tərkib hissəsidir.

