SOCAR-ın Neft-qaz Elmi-Tədqiqat Layihə İnstitutunun nəzdində fəaliyyət göstərən Analitik Tədqiqatlar Laboratoriyası beynəlxalq ISO/IEC 17025 standartı üzrə uğurla akkreditasiyadan keçmişdir.
“NAC”, beynəlxalq akkreditasiya orqanı tərəfindən aparılmış uğurlu dəyərləndirmə, sınaq laboratoriyanın ISO/IEC 17025 standartının tələblərinə tam uyğun şəkildə fəaliyyət göstərdiyini təsdiqləmişdir.
Burada xüsusi ilə, laboratoriyanın rəhbərliyi başda olmaqla, bir neçə ay ərzində laboratoriya heyətinin ortaya qoyduğu operativ işi və peşakar dəstəyi qeyd etmək lazımdır.
ISO/IEC 17025 standartı, sınaq və kalibrləmə laboratoriyalarının səriştəliyini təsdiq edən, beynəlxalq səviyyədə qəbul edilmiş əsas ölçmə meyarıdır. Sözügedən akkreditasiya laboratoriyanın nəticələrinin doğruluğunu, ölçmələrin izlənəbilənliyini, texniki və idarəetmə proseslərinin beynəlxalq tələblərə uyğunluğunu bir daha sübut edir.
“Bu uğur İnstitutun inkişafında mühüm mərhələ olmaqla yanaşı, onun beynəlxalq əməkdaşlıqlarının genişlənməsinə mühüm töhfə verir.”- keçirilən iclasda bu ifadə bir neçə dəfə səsləndirilimişdi.
Akkreditasiya attestatı 2025ci il, Dekabr ayın 26-sı İnstitutun direktoru Mübariz Quliyevə təqdim edilmişdir.

