Məqalələr

Dövlət AZS ISO sertifikatları – şirkətinizin etibarlılığının və tender uğurunun əsas göstəricilərindən biri

Image

Müasir biznes mühitində məhsul və xidmətin keyfiyyəti qədər, həmin keyfiyyətin sistemli şəkildə idarə olunması da böyük əhəmiyyət daşıyır. Məhz buna görə də AZS ISO idarəetmə sistemi sertifikatları müəssisənin etibarlılığını, peşəkarlığını və beynəlxalq tələblərə uyğun fəaliyyət göstərdiyini təsdiq edən mühüm sənədlər hesab olunur.

AZS ISO 9001, AZS ISO 14001, AZS ISO 45001, AZS ISO 50001 AZS, ISO 22000 və digər dövlət standartları müəssisədə proseslərin düzgün qurulduğunu, risklərin idarə olunduğunu, müştəri məmnuniyyətinin və davamlı inkişafın prioritet olduğunu nümayiş etdirir. Sertifikatlaşdırma prosesi audit əsasında həyata keçirilir və təşkilatın idarəetmə sisteminin standartın tələblərinə uyğunluğu qiymətləndirilir.

Tenderlərdə iştirak edən şirkətlər üçün AZS ISO sertifikatlarının əhəmiyyəti daha da böyükdür. Dövlət və özəl satınalma prosedurlarında bu sertifikatlar tez-tez seçim meyarlarından biri kimi tələb olunur və ya iştirakçının üstünlüyünü artırır. Sertifikatların mövcudluğu sifarişçiyə şirkətin sabit, idarəolunan və keyfiyyət yönümlü fəaliyyət göstərdiyini göstərir, nəticədə qalib gəlmək imkanlarını artırır.

TQM Azerbaijan olaraq müəssisələrə idarəetmə sistemlərinin qurulması, tətbiqi, daxili auditlərin keçirilməsi və AZS ISO sertifikatlaşdırılmasına hazırlıq üzrə peşəkar konsultasiya xidmətləri təqdim edirik. Güclü idarəetmə sistemi yalnız sertifikat əldə etmək üçün deyil, həm də şirkətin uzunmüddətli inkişafı və bazarda rəqabət qabiliyyətinin artırılması üçün vacib investisiyadır.

Dilinizi seçin