ISO üzrə Keyfiyyətin İdarəetmə Sistemi 2023

ISO üzrə Keyfiyyətin İdarəetmə Sistemi.

ISO üzrə Keyfiyyətin İdarəetmə Sistemi. Sertifikatının Mənası və Rolu

ISO üzrə Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı, təşkilatların müştəri tələblərini və
gözləntilərini qarşılaya biləcəklərini göstərən bir sənəddir. Bu sənəd, 180 ölkədə, bir
milyondan çox təşkilatın sahib olduğu, dünyanın ən yayılmış keyfiyyət idarəetmə sistemi
standartlarından biridir.

ISO tərəfindən nəşr edilən 9000 standartlar seriyasında uyğunluğu dəyərləndirmək üçün
istifadə edilən tək standartdır. Bu standart, tibbi cihazlar, avtomobil və aerokosmik kimi özəl
sektörlər üçün ISO 13485, ISO / TS 16949, AS / EN 9100 kimi standartların, həm də daha
geniş tətbiqat sahəsi olan ISO 45001 (Texniki təhlükəsizlik və peşə sağlamlığı) və ISO 14001
(Ətraf mühitin mühazifzəsi) kimi idarəetmə sistemləri standartlarının əsasını təşkil edir.

ISO üzrə sertifikata malik bir təşkilatın, alıcılara məhsul və xidmətlərin səhv satın alınma
riskini minimuma salmağa dəstək olduğunu göstərir. Bu, bir çox alıcının təchizatçılardan ISO
sertifikatını tələb etmələrinin əsas səbəblərindən biridir.
Bu sertifikata malik olmaq, ola biləcək uyğunsuzluqları və zərərləri azaltmaq və məhsuldarlığı
artırmaq bacarığı ilə təşkilatları xidmət/məhsul keyfiyyətində önəmli tərəqqi etdiklərini
təsdiqləyir.

ISO üzrə Keyfiyyətin İdarəetmə Sistemi nədir?


Sertifikatın verilməsi zamanı, sertifikatlaşdırmanı həyata keçirən orqanlar hansısa bir təşkilatın
idarəetmə sistemlərinin müəyyən edilmiş qaydalara sistematik şəkildə riayət edildiyini
təsdiqləyir. Bu qaydalar, həmçinin inkişaf şərtlərinə uyğun olaraq və davamlılığın təmin
olunması məqsədi ilə yenidən gözdən keçirilir.

ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminin Sertifikatı istehsal olunan məhz bir məhsul və ya
göstərilən bir xidmət üçün deyil, bu kimi xidmətlərin və ya məhsulun istehsalı üçün təşkilatlar
tərəfindən yaradılan hesabatlılığının yaradılmasına görə verilir.