Məqalələr

Sizi daha etibarlı tərəfdaş edən nədir?

Müasir biznes dünyasında təşkilatların etibarlı tərəfdaş kimi tanınması və göstərdikləri xidmət keyfiyyətini sübut etməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də bugünkü gündə onların aşağıdakı əsas tələblərə cavab verməkləri vacibdir:

  1. Müvafiq fəaliyyət üzrə lisenziyanın alınması– Təşkilatın qanuni əsaslarla fəaliyyət göstərdiyini təsdiqləyir və onun rəqabət mühitində açıq şəkildə iştirakını təmin edir.
  2. Beynəlxalq ISO və dövlət AZS ISO üzrə sertifikatlaşdırma– Keyfiyyətə verilən önəmi və təqdim olunan xidmətlərin müvafiq standartlara uyğunluğunu nümayiş etdirir.
  3. Müəssisənin akkreditasiyası– müvafiq sahə üzrə səriştəliyin təsdiqi, texniki bacarıqların rəsmi şəkildə tanınması baxımından olduqca önəmlidir.

Bu mərhələlərin hər biri təşkilatın peşəkarlığını, etibarlılığını və uzunmüddətli əməkdaşlığa hazırlığını göstərir.

Image