Xəbərlər

"Epidbiomed" farmasevtik şirkəti beynəlxalq "ISO 9001:2015, Keyfiyyətin idarə edilməsi" sertifikatına layiq görülmüşdür.

  2025-ci ilin əvvəlində "Epidbiomed" farmasevtik şirkətində "ISO 9001:2015" keyfiyyətin idarəetmə standartının tətbiqi prosesinə başlanılmışdır.

Effektiv tətbiqin nəticəsi olaraq, Avstriyanın "TÜV Austria" müstəqil beynəlxalq sertifikatlaşdırma orqanı tərəfindən keçirilmiş audit uğurla həyata keçirilmiş və təşkilat beynəlxalq sertifikata layiq görülmüşdür.

Bu uğur, təşkilatın idarəetmə proseslərinin təkmilləşdirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə, həmçinin müştəri məmnuniyyətinin davamlı təmin edilməsinə şərait yaradacaq.

ISO 9001:2015 standartının tələblərinə uyğun fəaliyyət göstərmək, təşkilatın davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.